İflas haqqında ərizənin və ona əlavə olunmalı sənədlərin surətləri borcluya məhkəmə baxışı barədə elanın dərc edilməsindən əvvəl təqdim olunmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Sənədlərin surətləri qanunda nəzərdə tutulan qaydada borcluya çatdırılmalıdır. Bu, əlbəəl təqdimetmə və ya sifarişli poçt vasitəsilə həyata keçirilə bilər. Tələb həm ərizənin, həm də ona əlavə edilmiş sənədlərin surətlərinə aiddir. Beləliklə, borclunun məhkəmə baxışı barədə elandan əvvəl ona qarşı irəli sürülmüş müraciət və sənədlərlə tanış olması təmin edilməlidir.

