Əmlak inzibatçısı qanunda nəzərdə tutulan hallarda borclunun aktivlərini açıq hərrac keçirmədən başqa üsullarla sata bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Müflisləşmə və iflas haqqında” qanunda əksini tapıb. Aktivlərin dərhal satılmaması onların vəziyyətinin pisləşməsi üçün ciddi təhlükə yaratdıqda alternativ satış üsuluna yol verilir. Kreditorların yığıncağı aktivlərin satışının gecikdirilməsinin bazar dəyərini əhəmiyyətli dərəcədə azaldacağını əsaslı hesab etdikdə də bu üsul tətbiq oluna bilər. Hərrac xərclərinin kreditorların tələblərinə mütənasib olmaması və ya başqa satış üsulunun kreditorlar üçün daha sərfəli sayılması da belə qərara əsas verir. Bundan başqa, məhkəmənin qərarı və ya təsdiq etdiyi kreditorlarla sazişin şərtləri alternativ satış üsulunu nəzərdə tuta bilər.