İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə təhsil hüququnun pozulmasına görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılmasına, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunmasına və ya onların istənilən tədbirlərdə iştirakına məhdudiyyət qoyulmasına, yaxud təhsil müəssisəsindən xaric edilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.