Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqlarının pozulmasına görə cərimələr açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, seçki (referendum) komissiyasının üzvü tərəfindən:

– vətəndaşların seçici siyahıları (referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısı) ilə tanış olmaq hüququnun pozulmasına;

–  seçici siyahılarındakı (referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı) yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə baxılmamasına;

– qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə –

yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.