Gəncədə 2024-cü ilin ilk uşağı saat 09.50-də dünyaya gəlib.
Heftelik.az-ın məlumatına görə, Gəncə Perinatal Mərkəzində dünyaya gələn ilk uşaq qızdır.
Məlumata görə 01.01.2024-cü il tarixində saat 09-50- doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.
Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Alıyeva Nurlana təbii doğuşla körpəni dünyaya gətirib və bu, ailənin üçüncü övladıdır.
Doğuşu həkim akusher gunekoloq Əlizadə Məftunə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.
