Yaponiyada yerli vaxtla saat 16.10-da 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
Zəlzələdən sonra Yaponiyanın qərb sahillərini sunami vurub. Bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.
Yaponiyada 7,6 maqnitudalı zəlzələ nəticəsində İsikava əyalətində 100-dən çox binaya zərər dəyib, bəziləri dağılıb.
İsikava əyalətinin qonşuluğundakı Toyana əyalətində də dağıntılar var.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimas Xayasi minimum 6 evin dağıldığını, dağıntılar altında insanların qalmasının istisna edilmədiyini bildirib.
