Yollar buz bağlayacaq

03 Mart 2024, 15:27

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən xəbərə görə, martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.