İcraata daxil olmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır, sənədlər bu aktların tələblərinə uyğun olduqda qurumun dövlət qeydiyyatına alınmasına dair rəy tərtib edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Rəydə qeyri-kommersiya qurumunun təsis edilməsi tarixi, əsas  məqsədi, təsisçisi (və ya təsisçiləri), qanuni təmsilçisi, dövlət rüsumunun ödənilməsi, fondun nizamnamə kapitalının miqdarı, ödənilməsi və təsisçilərin əmlak paylarının həcmi, çevrilmə, birləşmə, ayrılma və bölünmə zamanı yenidən təşkil barədə məlumat, qoşulmada qoşulan qeyri-kommersiya hüquqi şəxsi qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əvvəllər edilmiş xəbərdarlıqlarda, verilmiş göstərişlərdə qeyd olunmuş pozuntuların aradan qaldırılması  barədə məlumatlar, habelə təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi qeyd edilir.