Liter nömrəsi bundan ibarətdir

10 Oktyabr 2024, 08:14

Bu siyahı üzrə daxil olan işlərin sayından asılı olaraq həmin işlər siyahının sonuna yazılır və ya yeni siyahı əlavə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Bu siyahı üzrə əlavə daxil olan və ya əvvəllər yaddan çıxarılaraq nömrə verilməyən işlərin liter nömrələri altında siyahıya əlavə edilməsinə icazə verilir.

Liter nömrəsi-siyahıda ondan əvvəl yazılmış işin nömrəsinə “a” hərfindən başlayaraq əlifba ardıcıllığı ilə əlavə edilən hərfi qeydiyyatdan ibarətdir.