Kafe və restoranlarda uşaqları ofisiant kimi işlədirlər, qarşısı alınmalıdır.
Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumat”ının müzakirəsində deputat Naqif Həmzə deyib.
Deputat bildirib ki, kafe və restoranlarda uşaqları ofisiant kimi işlədirlər: “Biz bunu görürük. Bəzən uşaqlar yaşlarını gizlədirlər. Bəzən də elə hallar olur ki, ailədən yalnız uşaq işləyir. Biz bu cür halların qarşısını birgə almalıyıq”.
