Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarət mexanizmi müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, büdcənin icrasına Azərbaycan Respublikasının Hesablama Palatası nəzarət edir. Eyni zamanda bu səlahiyyət Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də məxsusdur. Məqsəd büdcə vəsaitlərinin qanunauyğun istifadəsini təmin etməkdir.
