Yerli büdcələr

02 İyun 2026, 01:01

Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr arasında qarşılıqlı əlaqənin əsas prinsipləri müəyyənləşdirilib. Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, bu əlaqələr gəlir mənbələrinin bölüşdürülməsi yolu ilə həyata keçirilir. Həmçinin gəlirlər dotasiya, subvensiya və büdcə ssudaları formasında paylaşdırılır. Məqsəd büdcələr arasında maliyyə balansının təmin olunmasıdır.