Daşınmaz əmlak reyestrindən arayış almaq üçün tələb olunan sənədlər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Fiziki şəxslər şəxsiyyət vəsiqəsini, hüquqi şəxslər isə qeydiyyat sənədlərini təqdim etməlidirlər.
Elektron müraciətlər elektron xidmətlərlə bağlı normativ aktların tələblərinə uyğun həyata keçiriləcək.
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilə bilən sənədlər vətəndaşlardan tələb olunmayacaq.
Belə sənədlərin təqdim edilməsi zəruri olduqda, onlar dövlət qurumlarından sorğu əsasında alınacaq.