2006-cı ildən əvvəl aparılmış daşınmaz əmlak qeydiyyatları hüquqi qüvvəsini saxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Həmin hüquqlar dövlət reyestrinə mərhələli şəkildə inteqrasiya edilir.
Müvafiq orqanlar məlumatları yeni sistemə təqdim etməlidirlər.
Məlumatların ötürülməsi üçün 5 iş günü müddəti müəyyən olunub.
Bu proses vahid reyestr sisteminin formalaşdırılmasına xidmət edir.