Məhkumların müalicəsi ilə bağlı yeni müddəalar açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Alkoqolizm, narkomaniya və psixi pozuntularla bağlı tibbi xarakterli məcburi tədbirlər tətbiq ediləcək. Bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisələr tərəfindən həyata keçiriləcək. Müalicənin davam etdirilməsi və ya ləğvi məsələsi isə məhkəmə tərəfindən həll olunacaq.
