Cəzaçəkmə müəssisələrinə başçəkmə qaydaları ilə bağlı yeni hüquqlar müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.
Ombudsman və Milli preventiv qrup üzvləri müəssisələrə əvvəlcədən xəbərdarlıq etmədən daxil ola biləcəklər. Onlara məhkumlarla görüşmək və sənədlərlə tanış olmaq hüququ veriləcək. Həmçinin foto, audio və video qeydiyyatı aparmaq imkanı yaradılacaq.
