Qeydiyyat orqanının müraciətlərə baxma müddəti müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, qeydiyyat orqanı müraciət edən şəxsə 1 iş günü ərzində cavab verməlidir.
Arayış və ya əsaslandırılmış imtina məktubu yazılı və ya elektron formada təqdim olunacaq.
Hüquq sahibi öz əmlakı barədə digər şəxslərə verilmiş məlumatlar haqqında bildiriş almaq hüququna malikdir.
Sorğuların və bildirişlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
