Məhkumların şəxsi təhlükəsizlik hüququ ilə bağlı müddəalar açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cəzaların İcrası Məcəlləsində əksini tapıb.

Həyat və sağlamlığa təhlükə yaranarsa, məhkum müəssisə rəhbərliyinə müraciət edə bilər. Müdiriyyət təhlükənin aradan qaldırılması üçün tədbirlər görməlidir. Zəruri hallarda məhkum təhlükəsiz yerə köçürülə bilər.