Naxçıvan Muxtar Respublikasının büdcəsinin hazırlanması və təsdiqi qaydaları açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, növbəti ilin büdcəsi dekabrın 25-dən gec olmayaraq təsdiq edilməlidir. Büdcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul olunur və mətbuatda dərc edilir. Büdcənin kassa icrası isə dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir.