Yerli büdcələrin gəlirlərinin formalaşması qaydası müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Büdcə sistemi haqqında” qanunda əksini tapıb.

Yerli büdcələrin gəlirlərinə vergilər, digər ödənişlər, faizlər və sanksiyalar aid edilir. Yerli vergi və ödənişlərin tətbiqi qaydaları bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Bundan əlavə, bələdiyyələr könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər.