Ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə xüsusi məzuniyyətlər verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Ali məktəblərin birinci və ikinci kurs tələbələri hər tədris ilində 30 gün, yuxarı kurs tələbələri isə 40 gün məzuniyyət ala bilirlər.
Orta ixtisas təhsilində bu müddətlər müvafiq olaraq 20 və 30 təqvim günüdür.
Məzuniyyətlər imtahan və yoxlamalar dövründə istifadə olunur.