Qiyabi təhsil alan işçilər dövlət imtahanları zamanı əlavə məzuniyyət əldə edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Dövlət imtahanlarının verilməsi üçün 30 təqvim günü məzuniyyət ayrılır.
Diplom işinin hazırlanması və müdafiəsi üçün ali təhsil müəssisələrində dörd ayadək məzuniyyət verilə bilər.
Orta ixtisas təhsili alan şəxslər üçün isə bu müddət iki ayadək müəyyənləşdirilib.
