Qanunvericilik bəzi işçilərə xüsusi əsaslarla ödənişsiz məzuniyyət verilməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Xroniki xəstə uşağı olan valideynlər, əlilliyi olan şəxslər və müharibə iştirakçıları bu hüquqdan yararlana bilirlər.
Həmçinin doktorantlar, imtahanlara hazırlaşan şəxslər və ailə üzvlərinə qulluq edən qohumlar da bu kateqoriyaya daxildir.
Məzuniyyət müddətləri hər bir hal üzrə ayrıca müəyyən edilir.
