Yerli icra hakimiyyəti orqanlarına kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı müəyyən səlahiyyətlər verilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Sahəsi beş hektardan çox olmayan torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələr təsdiq edilə bilər.
Həmçinin xüsusi mülkiyyətdə olan belə torpaqların iki ildən artıq olmayan müddətə icarəyə verilməsi üçün etibarnamələr də təsdiqlənir.
Bu qayda yalnız qanunda göstərilən şərtlər daxilində tətbiq olunur.
