Dövlət notariusu vəzifəsinə yalnız şəhadətnamə almış şəxslər təyin edilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Təyinat müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Dövlət notariuslarının həvəsləndirilməsi, intizam məsuliyyəti və vəzifədən azad olunması da həmin orqan tərəfindən həll edilir.
Bu proses “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna uyğun aparılır.