Xüsusi notarius şəhadətnamə aldıqdan sonra fəaliyyətə başlamazdan əvvəl and içməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
And müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul olunur.
Notarius Konstitusiyaya və qanunlara sadiq qalacağına, vəzifələrini vicdanla yerinə yetirəcəyinə və notariat sirrini qoruyacağına and içir.
Andiçmə yalnız bir dəfə keçirilir.
