Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər üçün vergi güzəştləri müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Güzəştlər həm kənd təsərrüfatı fəaliyyətindən əldə edilən mənfəətə, həm də bəzi satışdankənar gəlirlərə şamil olunur. Dövlət büdcəsi hesabına verilən subsidiyalar da müəyyən müddət ərzində vergidən azaddır. Bu mexanizm aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edir.