Qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırılması qaydası qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Bu proses emal edilməmiş almazlar, zərgərlik və digər məişət məmulatları istisna olmaqla digər məhsullara şamil edilir.
Sertifikatlaşdırma akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçiriləcək.
Qiymətləndirmə məhsulların standartlara və texniki reqlamentlərə uyğunluğunu təsdiqləyir.
Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası ayrıca qanunla tənzimlənir.
Beləliklə, bazara çıxarılan məhsulların keyfiyyətinə nəzarət gücləndirilir.
