Qiymətli metallarla və qiymətli daşlarla işləyən hüquqi şəxslər dövlət nəzarətinə cəlb olunacaqlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Nəzarət istehsal, emal, istifadə, uçot və saxlanma proseslərini əhatə edəcək.
Qiymətli metallardan hazırlanan məhsulları alan və ya girov qəbul edən müəssisələr də yoxlanılacaq.
Bu sahədə vasitəçilik xidməti göstərən hüquqi şəxslər də nəzarət dairəsinə daxildir.
Qırıntı və tullantıları toplayan müəssisələrin fəaliyyəti də qanun çərçivəsində izlənəcək.
Məqsəd qiymətli metalların qanunvericiliyə uyğun dövriyyəsini təmin etməkdir.
