Qiymətli metallar sahəsində dövlət nəzarətini həyata keçirən orqanların informasiya əldə etmək səlahiyyətləri dəqiqləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Səlahiyyətli qurumlar hüquqi şəxslərə və fərdi sahibkarlara sorğular göndərə biləcəklər.
Onlar təqdim olunan sorğulara cavab almaq hüququna malik olacaqlar.
Eyni zamanda müvafiq sənədlər, arayışlar və yazılı və şifahi izahatlar tələb edilə biləcək.
Bu prosedur qanunla müəyyən edilmiş hallarda tətbiq olunacaq.
Yeni mexanizm dövlət nəzarətinin operativliyini artırmağa xidmət edir.
