Texnologiyalar parklarının rezidentləri əldə etdikləri gəlirlərə görə uzunmüddətli vergi güzəştindən istifadə edə biləcəklər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Rezident hüquqi şəxslərin parkdakı fəaliyyətdən əldə etdikləri gəlir qeydiyyatdan etibarən 10 il müddətində mənfəət vergisindən azaddır.
Güzəşt proqram təminatının hazırlanması, inkişaf etdirilməsi və sistem inteqrasiyası sahələrini də əhatə edir.
Texniki dəstək və təlim xidmətlərindən əldə olunan gəlirlər də bu imtiyazdan yararlanır.
