KOB klasterin iştirakçıları üçün investisiyaları təşviq edən vergi imtiyazı müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında əldə edilən mənfəətin kapital xərclərinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azaddır.
Bu güzəşt istehsal və xidmət sahələrində yeni investisiyaları stimullaşdırır.
Nəticədə klaster iştirakçılarının inkişaf imkanları genişlənir.