Əlilliyi olan şəxslərin məşğulluğunu təmin edən müəssisələr üçün mənfəət vergisi üzrə güzəşt tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
İşçilərinin azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
Bu güzəşt əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus müəssisələrinə şamil edilir.
Məqsəd onların əmək bazarında iştirakını təşviq etməkdir.