Xüsusi notarius köməkçi vəzifəsinə namizədin təyin olunması üçün aidiyyəti orqana müraciət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Namizəd qanunla müəyyən edilmiş tələblərə cavab verməli, imtahan və müsahibədən uğurla keçməlidir.
Bundan sonra xüsusi notarius həmin şəxsi işə qəbul edir.
Beləliklə, köməkçinin peşə hazırlığı əvvəlcədən qiymətləndirilmiş olur.