Xüsusi qaydada fəaliyyət göstərmək istəyən notariuslar peşə məsuliyyətlərini icbari qaydada sığortalamalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Sığorta notariat fəaliyyəti nəticəsində yarana biləcək ziyanın ödənilməsini təmin etməyə xidmət edir.
Baş vermiş sığorta hadisəsi barədə notarius 10 gün ərzində aidiyyəti orqana məlumat verməlidir.
Bu mexanizm vətəndaşların hüquqlarının qorunmasına yönəlib.