Vergi Məcəlləsində əsas vəsaitlər üzrə amortizasiya hesablanmasının ümumi prinsipləri müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri amortizasiyanı düz xətt və ya azalan qalıq dəyəri metodu ilə hesablaya bilirlər. Digər vergi ödəyiciləri üçün əsasən azalan qalıq dəyəri metodu tətbiq edilir. Bu qaydalar sahibkarlıq fəaliyyətində istifadə olunan aktivlərə şamil olunur.
