Vergi Məcəlləsi startaplar və KOB klasterləri üçün də güzəştlər nəzərdə tutur.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

“Startap” şəhadətnaməsi alan mikro və kiçik sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətə görə müəyyən müddət vergidən azad edilirlər. KOB klaster şirkətləri və onların iştirakçıları da fəaliyyət istiqamətlərinə uyğun vergi güzəştlərindən yararlana bilirlər. Məqsəd innovasiya və kiçik sahibkarlığın inkişafını təşviq etməkdir.