Qiymətli metallar və qiymətli daşlar üzərində mülkiyyət hüququnun əsas prinsipləri müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Yerin təkində olan qiymətli metal və daş yataqları dövlətin müstəsna mülkiyyəti hesab edilir. Onlardan istifadə yalnız qanunvericiliklə müəyyən edilmiş xüsusi razılıq əsasında mümkündür. Hasil edilmiş məhsullar isə qanunda nəzərdə tutulan hallar istisna olmaqla hasilat subyektlərinə məxsus olur. Dövlət qızıl ehtiyatının formalaşdırılması məqsədilə həmin məhsullar ilk növbədə dövlətə təklif edilməlidir. Satış zamanı isə dünya və daxili bazar qiymətləri nəzərə alınmalıdır.
