Qiymətli metalların satışına və istifadəsinə dair yeni hüquqi mexanizmlər müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Hasil edilmiş qiymətli metallar qanunvericiliyə uyğun olaraq affinaj və emal məqsədilə ölkədən çıxarıla bilər.
Affinaj edilmiş qiymətli metallar dövlət ehtiyatlarının artırılması məqsədilə ölkə daxilində və xaricdə tədarük oluna bilər.
Qiymətli metallar və qiymətli daşlar satılarkən ilk növbədə dövlətə təklif edilməlidir.
Bu zaman satış qiyməti dünya və daxili bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilir.
Qanun dövlətin strateji ehtiyatlarının gücləndirilməsinə xidmət edir.