Qiymətli metallar və qiymətli daşlardan hazırlanan bəzi məhsullar üçün uyğunluğun təsdiqi mexanizmi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Uyğunluğu təsdiq edilən məhsullar üçün sertifikat veriləcək.
Qanunla müəyyən edilmiş hallarda həmin məhsullar uyğunluq nişanı ilə damğalanacaq.
Sertifikatlaşdırılacaq məhsul növlərinin siyahısı ayrıca müəyyən ediləcək.
Bu məhsulların sertifikatlaşdırılması tələb olunan hallar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.
Yeni mexanizm məhsulların keyfiyyətinin rəsmi təsdiqini təmin edəcək.
