Qiymətli metallarla və qiymətli daşlarla əməliyyat aparan fərdi sahibkarların fəaliyyəti dövlət nəzarətinə cəlb ediləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Dövlət əyar nəzarəti də bu prosesin əsas hissələrindən biri olacaq.
Qiymətli metallardan hazırlanan məhsulların qanuni dövriyyəsi izlənəcək.
İdxal və ixrac edilən məhsullar da dövlət nəzarətindən keçəcək.
Beləliklə, bazarda şəffaflığın artırılması hədəflənir.