Qiymətli metallar və qiymətli daşlarla bağlı mühasibat sənədlərinin yoxlanılması qanunla tənzimlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Nəzarət zamanı qiymətli metalların alınması, sərf olunması və saxlanması ilə bağlı sənədlər araşdırılacaq.
Qırıntılar və tullantılar barədə uçot məlumatları da yoxlanılacaq.
Normativ-texniki sənədlər də nəzarət predmetinə daxil ediləcək.
Qanunla nəzərdə tutulan hallarda həmin sənədlər möhürlənə biləcək.
Bu tədbirlər uçotun düzgün aparılmasını təmin etməyə yönəlib.
