Texnologiyalar parklarının rezidentləri tərəfindən ödənilən dividendlər də vergi güzəşti ilə əhatə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Güzəşt qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətində tətbiq edilir.
Bu mexanizm innovativ şirkətlərin investisiya cəlbediciliyini artırmağa yönəlib.
Beləliklə, texnologiya sektorunda fəaliyyət göstərən müəssisələr üçün əlavə stimullar yaradılır.