Startaplara vergi GÜZƏŞTİ

03 Avqust 2026, 01:15

Hüquqi şəxs kimi fəaliyyət göstərən startaplar üçün yeni vergi güzəşti tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Mikro və ya kiçik sahibkarlıq subyekti olan startapların innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət 3 il müddətinə vergidən azad olunur.
Güzəşt “Startap” şəhadətnaməsinin alındığı tarixdən hesablanır.
Bu addım innovasiya ekosisteminin inkişafına dəstək verir.