Vergi Məcəlləsi köhnəlməyə məruz qalmayan aktivlərin siyahısını da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Torpaq sahələri, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri amortizasiya olunmur. Bundan başqa, kitabxana fondları, muzey eksponatları və ümumi istifadədə olan avtomobil yolları da bu kateqoriyaya daxildir. Tam amortizasiya olunmuş, lakin istifadəyə yararlı əsas vəsaitlər üçün də amortizasiya hesablanmır.
