Vergi Məcəlləsində media və mədəniyyət sahəsində fəaliyyət göstərən hüquqi şəxslər üçün də güzəştlər nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Media subyektlərinin müəyyən gəlirləri və dövlət dəstəyi vergidən azad edilir. Teatr, muzey, simfonik orkestr və film istehsalı ilə məşğul olan müəssisələrin mənfəətinin böyük hissəsinə də vergi güzəşti tətbiq olunur. Bu yanaşma yaradıcı sənayelərin inkişafını təşviq etməyə hesablanıb.
