Notariusun qanunsuz hərəkətləri nəticəsində vurulan ziyana görə maddi məsuliyyət nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Zərər fiziki şəxslərə, təşkilatlara və ya dövlətə dəyərsə, notarius qanunvericiliyə uyğun cavabdeh olacaq.
Dəymiş ziyanın məbləği tərəflərin razılığı və ya məhkəmə qərarı ilə müəyyən edilir.
Bu norma hüquqların müdafiəsini təmin etməyə yönəlib.
