Dövlət notariusları müxtəlif hüquqi sənədlərin təsdiqi və rəsmiləşdirilməsi səlahiyyətinə malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Onlar əqdləri və etibarnamələri təsdiq edir, miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər.
Həmçinin vərəsəlik hüququ və ər-arvadın ümumi əmlakındakı paya dair şəhadətnamələr verirlər.
Bu səlahiyyətlər əmlak hüquqlarının rəsmiləşdirilməsini təmin edir.
