Bank metalları anlayışı və onların xüsusiyyətləri qanunda öz əksini tapıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Bank metalları beynəlxalq standartlara uyğun affinaj edilmiş qiymətli metal külçələridir.
Onlar müvafiq keyfiyyət sertifikatına malik olmalıdır.
Qanun qiymətli metallardan hazırlanmış və nominal dəyərindən fərqli qiymətə satılan sikkələri də bank metalları sırasına daxil edir.
Bu qaydalar bank metalları bazarında vahid standartların tətbiqini təmin edir.
Beləliklə, dövriyyədə olan bank metalları üçün hüquqi baza formalaşdırılır.
