Qiymətli metallar və qiymətli daşlarla işləyən sahibkarların vəzifələri müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.

Hüquqi şəxslər və fərdi sahibkarlar qiymətli metalların və daşların uçotunu müəyyən edilmiş qaydada aparmalıdırlar. Onlar bu sahə üzrə statistik hesabatları da aidiyyəti orqanlara təqdim etməlidirlər. Dövlət, hüquqi və fiziki şəxslərin belə əmlakı mülkiyyətə əldə etməsi qanunla mümkündür. Qanun mülkiyyət formasından asılı olmayaraq bütün subyektlər üçün vahid tələblər müəyyən edir. Bununla bazarda şəffaflığın artırılması hədəflənir.